Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə...

12:34 - 09 Sentyabr 2022

Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə...

Yaxın iki gündə bəzi rayonlarda yağış yağacaq.

 

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az