Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 19 ünvanında fəaliyyət göstərən “Yasamal küləyi” adlanan kafenin həyətində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Xidmət rəsmisi Vaqif Cavadov Manset.az-a bildirib ki, ağacların dibinin betondan təmizlənməsi məqsədilə kafenin icarədarı Abuzər Həsənova məcburi göstəriş verilib.
“Ağacların dibi təmizlənib və onlara aqrotexniki qulluq göstərilib”.