DİN-dən polisin xidməti maşınındakı qızlarla bağlı açıqlama - Video

18:28 - 10 Sentyabr 2022

DİN-dən polisin xidməti maşınındakı qızlarla bağlı açıqlama - Video

Daxili İşlər Nazirliyi (DİN) polisin xidməti avtomobilində çəkilmiş görüntülərlə bağlı məlumat yayıb. 

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sosial şəbəkələrdə yayılan həmin görüntülər Şamaxı Astrofizika Rəsədxanasında keçirilən yay festivalında qeydə alınıb.

Dünən, yəni festivalın sonuncu günündə iştirakçılar çantaları ağır olduğu üçün ərazidə ictimai asayişi qoruyan polis əməkdaşlarından köməklik istəyiblər və bu səbəbdən xidməti avtomobilə əyləşiblər. Videoda qeydə alınan səslər isə montajdır, sonradan əlavə olunub. 

Sosial şəbəkə seqmentlərində həmin görüntülərin reallıqdan kənar başlıqlarla yayılması ictimai fikri çaşdırmaq məqsədi daşıyır.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az