Yaralı erməni əsgərə yardım edən hərbiçimiz bu məşhur şəxsin qardaşı oğludur - VİDEO

18:54 - 13 Sentyabr 2022

Yaralı erməni əsgərə yardım edən hərbiçimiz bu məşhur şəxsin qardaşı oğludur - VİDEO

Xəbər verdiyimiz kimi ötən gecə  Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.Baş verən atışmada erməni əsgəri güllə yarası alıb. Azərbaycan əsgərləri isə ona ilkin tibbi yardım göstərir, yarasını bağlayır və ağrıkəsici vururlar.

 

Manset.az-ın məlumatına görə, həmin videoda humanistlik göstərən əsgərlərdən biri “Yeni Müsavat” qəzetinin şef redaktoru Xalid Kazımlının qardaşı oğludur.  Jurnalistin özü bu barədə məlumat verib:

“Bu videoda yaralı erməni əsgərinə yardım edənlərdən biri qardaşım oğludur. "Məndə var, məndə var" deyən. XTQ-çidir. Özü də o, xidmətə hərbi komissarlıqla iki il döyüşəndən sonra getdi. Aparmırdılar. Ağırlıq qaldırma atletidir. Özünü zora salmışdı, deyirdilər, ürəyində problem var. Dalaşa-dalaşa getdi, dedi, elə kişilik yoxdur. Ön cəbhəyə göndərilməsini özünün xahiş etdiyinə əminəm. Allah bütün əsgərlərimizi qorusun, içində də mənim qardaşımın balasını ...”
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az