Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi - FOTO

16:01 - 13 Sentyabr 2022

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi  - FOTO

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

 

Manset.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmrilə bu vəzifəni Hikmət Nağıyev icra edəcək. Bundan əlavə o, Cərrahiyyə xidmətləri üzrə direktor müavini təyin edilib.

Qeyd edək ki, H. Nağıyev 2001-ci ildən bugünədək Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi işləyib. Son 6 ildə xəstəxananın ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib, tibb elmləri üzrə fəlsəfə doktorudur.

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az