KTMT sərhəddəki gərginliklə bağlı onlayn sammit keçirəcək

18:51 - 13 Sentyabr 2022

KTMT sərhəddəki gərginliklə bağlı onlayn sammit keçirəcək

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kolllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının onlayn sammiti keçiriləcək.

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə pezidentin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

“Ermənistan tərəfinin xahişi ilə bu gün, təxminən, saat 18:30-da, indi vaxt razılaşdırılır, KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının videokonfrans formatında iclası keçiriləcək”.

Uşakov qeyd edib ki, Ermənistanın müraciəti “Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədardır”. Müzakirə bağlı qapılar arxasında keçiriləcək. 

 Bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.O, saat 18.30 radələrində KTMT-nin onlayn sammiti keçiriləcəyinin gözlənildiyini və vaxtın razılaşdırıldığını söyləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az