Şəhid Azər Məmmədovun nəşi ailəsinə təhvil verildi

21:59 - 13 Sentyabr 2022

Şəhid Azər Məmmədovun nəşi ailəsinə təhvil verildi

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azər Mustafa oğlu Məmmədovun nəşi Qazax rayon Kəmərli kəndinə gətirilib.

Manset.az report-a istinadən xəbər verir ki, şəhidin nəşi artıq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Azər Mustafa oğlu Məmmədov sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olub.

O, 20 gün əvvəl ailə həyatı qurmuşdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az