Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

11:51 - 21 Sentyabr 2022

Oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı

Bakıxanov və Günəşli qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

 

Manset.az xəbər verir ki, nəticədə Bakıxanov qəsəbəsi ərazisində müxtəlif vaxtlarda bir mağazadan 1400 manat dəyərində avtomobil ehtiyat hissəsi, bir köşkdən 60 manat pul, 523 manat dəyərində tütün məmulatı və enerji içkiləri, bir evin  zirzəmidən isə 2 ədəd velosiped, 2 ədəd skuter, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Əliyev saxlanılıb.

Günəşli qəsəbəsində isə mağazaların birindən 200 manat pul, 80 manat dəyərində tütün məmulatı və oradakı ödəmə terminalını sındırılmaqla 2111 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Abdullayev və Tural Əbilov müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az