15 gündür yoxa çıxan oğlan tapıldı: İstixanada yatırmış

14:18 - 21 Sentyabr 2022

15 gündür yoxa çıxan oğlan tapıldı: İstixanada yatırmış

Bakıda itkin düşən yeniyetmə tapılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev məlumat verib.

Onun sözlərinə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində 16 yaşlı Mumcu Vüsal Kərəm oğlunun itkin düşməsi ilə bağlı axtarış işləri keçirilib:

“Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri ilə V.Mumcu tapılaraq ailəsinə təhvil verilib”.

Mumcu Vüsal Kərəm oğlu itkin düşdüyü 15 gün ərzində dostu ilə birgə istixanalardan birində işləyib. O, bu müddət ərzində elə həmin istixanada gecələyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az