Direktorun müəllimdən pul alması barədə ŞOK AÇIQLAMA - RƏSMİ

19:09 - 23 Sentyabr 2022

Direktorun müəllimdən pul alması barədə ŞOK AÇIQLAMA - RƏSMİ

Bәrdә rayonu Adil Süleymanov adına Şorәlli kәnd tam orta məktəbin direktoru Gülnarə Əliyevanın müəllimdən pul tələb etməsi ilə bağlı yayılan səs yazısına aydınlıq gətirilib.

Qarabağ Regional Təhsil İdarəsindən  bildirilib ki, səs yazısı uzun müddət öncə və qərəzli olaraq yazılıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, aparılan araşdırma zamanı direktorun pul alması faktı təsdiqini tapmayıb.

Məlum olub ki, məktəbin müəllimi Dursun Babayeva çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Bu səbəbdən də davamlı olaraq guya ədalətsiz dərs bölgüsü, pul yığımı aparıldığına dair regional təhsil idarəsinə də müraciət edir. Məktəbin pedaqoji heyətindən izahatlar alınıb. Onlar da müəssisədə belə bir neqativ halın olmasını inkar ediblər”, - deyə bildirilib.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az