"Məni Polad Həşimova bənzədirlər, bununla fəxr edirəm" - 6 yaşlı Bəxtiyar (FOTO/VİDEO)

16:04 - 28 Sentyabr 2022

\"Məni Polad Həşimova bənzədirlər, bununla fəxr edirəm\" - 6 yaşlı Bəxtiyar (FOTO/VİDEO)

"Ermənilər Gəncəni raket atəşinə tutan zaman evimiz dağıldı. Firavan həyatımız kabusa döndü. O anları yada salmaq çox çətindir. Dəhşətli anlar yaşadıq. Prezidentimizin göstərişi ilə bizə yeni ev verildi. Evimizin ən yaxşı guşəsində divardan asılan bir şəkil var idi. O şəkildə anamın qucağındayam yaralanamışam, üz-gözüm qan içindədir. Üzümdə, başımda çapıq izləri var. Amma mən qorxmurdum". 

 

Manset.az xəbər verir ki, bu sözləri "Bizimləsən" proqramına qonaq olan 6 yaşlı Bəxtiyar Heydərli deyib.

Milli qəhrəmanımız Polad Həşimova bənzədildiyini bildirən Bəxtiyar bununla fəxr etdiyini vurğulayıb. 

Ətraflı videoda:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az