Qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO

17:26 - 28 Sentyabr 2022

Qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO

Paytaxtın Xətai rayonunda qadına qarşı soyğunçuluq edilib.

 

Manset.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini olan zərərçəkən yaşadığı evin qarşısından keçən zaman tanımadığı şəxsin ona yaxınlaşdığını və boynundan 3200 manat dəyərindəki qızıl boyunbağını dartıb qaçaraq hadisə yerindən uzaqlaşdığını bildirib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nahid Heydərov saxlanılaraq istintaqa təqdim edilib.

O, ifadəsində törətdiyi hadisəni etiraf edib və boyunbağını satdığını bildirib.

Faktla bağlı Nahid Heydərov barəsində toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa  ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az