Şüvəlan qəsəbəsində narkotikin satışı ilə məşğul olan 4 nəfər saxlanıldı - VİDEO

17:36 - 28 Sentyabr 2022

Şüvəlan qəsəbəsində narkotikin satışı ilə məşğul olan 4 nəfər saxlanıldı - VİDEO

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Şüvəlan qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

 

Manset.az xəbər verir ki, əməliyyatlar nəticəsində qəsəbə ərazisində yaşayan İntiqam Şeydayev, Araz Rzayev qardaşı Ceyhun Rzayev və Rəşad Bağırov tutularaq istintaqa təqdim ediliblər. Həmin şəxslərin üzərinə və yaşadığı evlərə baxış zamanı 4 kiloqrama yaxın heroin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq hərəkətləri davam etdirilir. 

Xəzər  rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az