Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Vəkil Vüqar Xasıyev açıqlamasında general Vəli Ələsgərovun təxminən yarım saat əvvəl cəzaçəkmə müəssisəsindən azad edildiyini bildirib.
Xatırladaq ki, ötən gün Ali Məhkəmənin qərarı ilə V.Ələsgərovun cəzasının 6 il 6 ay 20 günə endirilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan həbsdən azad edilməsi qərara alınıb. Bu gün isə vəkil qərarın icra olunmadığını bildirirdi.