Baku TV-nin Ukraynadakı əməkdaşı ölümdən döndü - VİDEO

12:56 - 29 Sentyabr 2022

Baku TV-nin Ukraynadakı əməkdaşı ölümdən döndü - VİDEO

Baku TV-nin Ukraynadakı əməkdaşı çəkilişə gedən zaman ölümdən dönüb.

 

Manset.az xəbər verir ki, bu barədə “Salam Baku” verilişində jurnalistin özü məlumat verib.

O bildirib ki, Xarkov vilayətinin Vovçansk rayonunun işğaldan azad olunmuş kəndlərindən birində çəkilişə gedərkən minalanmış ərazidən keçib.

“Həmin ərazilərdə həm işğal zamanı Rusiya Ordusunun, həm də qarşı tərəfin hücumlarının qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələrinin yerləşdirdiyi minalar var. Mən isə səhvən hərbçilərin dediyi yolla deyil, minalanmış ərazidən getmişəm. Qayıdanda mənə dedilər ki, keçdiyin ərazidə 10 mina düzülüb, sən onların arasından getmisən”, - deyə M. Aslanov qeyd edib.

Ətraflı videonu təqdim edirik:


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az