Rəhim Rəhimli dəfn olundu - YENİLƏNDİ (FOTO+VİDEO)

13:57 - 30 Sentyabr 2022

Rəhim Rəhimli dəfn olundu - YENİLƏNDİ (FOTO+VİDEO)

Bəstəkar-müğənni Rəhim Rəhimli dəfn olunub.

Manset.az xəbər verir ki, sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınları iştirak ediblər.

13:03

Müğənni Rəhim Rəhimli son mənzilə yola salınır.

11:37

Bəstəkar-müğənni Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Manset.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

“Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

İfaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub”.

07:42

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb.

Manset.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli bildirib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyi xəstə olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında ürəktutmadan evində dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az