“Ərzaq məhsullarına tətbiq olunan ƏDV azaldılsın” - DEPUTAT

15:28 - 30 Sentyabr 2022

“Ərzaq məhsullarına tətbiq olunan ƏDV azaldılsın” - DEPUTAT

“Dünyada ərzaq məhsullarının qiyməti sürətlə artır. Buna pandemiya, Ukrayna-Rusiya müharibəsi də təsir göstərir. Azərbaycana da dünyada müşahidə olan qiymət artımı öz təsirini göstərir”. 

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.
 
O xatırladıb ki, Azərbaycanda ərzaq məhsullarına 18% ƏDV tətbiq olunur: “Təklif edirəm ki, ərzaq məhsullarına tətbiq olunan ƏDV azaldılsın. Burada müxtəlif variantlar ola - 2%, 3%, 4% ƏDV tətbiq oluna bilər. Hesab edirəm ki, hazırda pərakəndə satış məntəqələrində satılan məhsullara 18% tətbiq olunur ki, bu da çoxdur”.

Deputat eyni zamanda Azərbaycanda istehsal olunmayan kənd təəssüratı məhsulları üçün tətbiq olunan gömrük rüsumlarının ya aşağı salınmasını, ya da tamamilə ləğv olunmasını təklif edib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az