Ermənistanın Zəngəzur bölgəsindəki hərbi hissələrindən birində fövqəladə hadisə baş verib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, sıravi əsgərlərdən biri komandiri ilə münaqişə edib, onu ayağından vurub, sonra isə özünə xəsarət yetirib.
Məlumata görə, əsgər xəstəxanaya aparılıb. Onun həyatı təhlükədə deyil.