Qızılağac milli parkındakı Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələri buraxılıb - Fotolar

18:19 - 30 Sentyabr 2022

Qızılağac milli parkındakı Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələri buraxılıb - Fotolar

Qızılağac milli parkının yaranması günü ilə əlaqədarXüsusi mühafizə olunan təbiət ərazilərinin potensialı, genişləndirilməsi, mühafizəsi ekoturizmin inkişafımövzusunda Qızılağac milli parkında seminar-müşavirə keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, tədbir çərçivəsində Qızılağac milli parkındakı Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələri buraxılıb.

Qeyd edək ki, Qızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan ərazidir və parka aid su ərazisinin mühafizəsi dünyanın nəsli kəsilmək təhlükəsi ilə üzləşən balıq növlərinin yaşaması üçün zəruridir.

IDEA İctimai Birliyi və “Blue Marine Foundation” təşkilatının birgə təqdimatına əsasən, 2019-cu ilin noyabr ayında Qızılağac Milli Parkı dünya sularının xilası üçün ümid yeri (Hope Spot) kimi seçilib.

Ümid yerləri “Mission Blue” təşkilatının beynəlxalq mühafizə kampaniyası çərçivəsində bəyan edilən, ekoloji baxımdan unikal olan dəniz əraziləridir.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az