Məktəblilər valideynləri ilə birgə polisə çağırıldı

13:47 - 04 Oktyabr 2022

Məktəblilər valideynləri ilə birgə polisə çağırıldı

Sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır. 

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib.

Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az