Bu gün Çexiya, Slovakiya, Polşa, Finlandiya, Serbiya, Rumıniya, Türkiyə və Estoniyadan olan QHT və öz ölkələrində parlamentdə çalışan nümayəndə heyətinin Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlığa səfəri olub.
Manset.az APA-ya istinadən məlumat verir ki, səfər iştirakçılarına Birinci Qarabağ müharibəsi zamanı ermənilərin əsir və girov götürdüyü azərbaycanlıları öldürüb kütləvi dəfn etdikləri və bu günədək həmin məzarlıqların xəritələrinin təqdim edilmədiyini bildiriblər.
O da bildirilib ki, həmin illərdə itkin düşən 4 min nəfərədək soydaşımız barədə heç bir məlumat verilməyib.



