Bakıda avtomobillə vurulan qadın ağır xəsarət aldı

09:28 - 17 Oktyabr 2022

Bakıda avtomobillə vurulan qadın ağır xəsarət aldı

Bakının Xətai rayonunda avtomobillə vurulan qadın ağır xəsarət alıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, rayon ərazisində avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Əsgərova Ülviyyə Qulu qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində qadının sağ ayağı və sol qolu sınıb.

Hadisənin təfərrüatı araşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az