Qızıl-zinət əşyaları oğurlayan şəxslər SAXLANILDI

12:24 - 17 Oktyabr 2022

Qızıl-zinət əşyaları oğurlayan şəxslər SAXLANILDI

Şabranda qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Manset.az-a verilən məlumata görə, bir nəfər şəxs Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkmişə məxsus evdən ümumi dəyəri 2200 manat olan qızıl-zinət əşyaları  oğurlandığı müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Riyad Məmmədov  və tanışı Elnur İbrahimov saxlanılıb.  

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində  həbs qətimkan tədbiri seçilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az