Bakıda qadın və uşaq küçədə yatır - Araşdırma başladı

12:58 - 17 Oktyabr 2022

Bakıda qadın və uşaq küçədə yatır - Araşdırma başladı

Sosial şəbəkələrdə Bakıda qadının azyaşlı uşaqla birgə küçədəki açıq sahədə və məişət tullantılarının olduğu yerdə gecələməsini əks etdirən görüntülər yayılıb.

 

Görüntülərin Xətai rayonu ərazisində - metronun “Həzi Aslanov” stansiyası yaxınlığında çəkildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar: “Həmin şəxs müəyyən olunub. Onun barəsində qanunamüvafiq tədbirin görülməsi təmin olunacaq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az