"Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı" - Aimchess Rapid

22:41 - 17 Oktyabr 2022

\"Şəhriyar Məmmədyarov pley-offa vəsiqə qazandı\" - Aimchess Rapid

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində növbəti görüşlərini keçirib.

 

Manset.az xəbər verir ki, 37 yaşlı qrossmeyster 13-cü turda Nodirbek Abdusattorova uduzub. Növbəti raundda isveçli Nils Qrandeliusdan üstün olan Məmmədyarov 15-ci turda ABŞ təmsilçisi Deniel Naroditski ilə sülh bağlayıb.

Bu nəticələrdən sonra xallarını 27-yə çatdıran Azərbaycan təmsilçisi ikinci yerin sahibi kimi pley-offa vəsiqə qazanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az