Şəmkir sakini güllələnərək qətlə yetirildi

17:10 - 22 Oktyabr 2022

Şəmkir sakini güllələnərək qətlə yetirildi

Şəmkirdə odlu silahla qətl törədilib.

 

Manset.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində baş verib.

1979-cu il təvəllüdlü Ruslan Bayramov ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib.

Hələlik hadisənin kim tərəfindən və hansı səbəblə törədildiyi məlum deyil.

Qətli törədən şəxsin tapılaraq saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az