Sarı dənizdə reaktiv mərmilər uçuşdu - 2 dövlət arasında insident

12:42 - 24 Oktyabr 2022

Sarı dənizdə reaktiv mərmilər uçuşdu - 2 dövlət arasında insident

Şimali və Cənubi Koreya bir-birinə xəbərdarlıq atəşi açıblar.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Şimali Koreya Cənubi Koreyadan gələn xəbərdarlıq atəşinə cavab olaraq reaktiv yaylım atəşi sistemindən 10 mərmi buraxıb.  

Bu barədə Koreya Xalq Ordusunun Baş Qərargahı məlumat yayıb.

“Koreya Xalq Ordusunun Baş Qərargahı düşmən gəmisini geri çəkilməyə məcbur etmək üçün reaktiv yaylım atəşi sistemlərindən 10 atəş əmri verib”, - deyə məlumatda qeyd edilib.

Bundan əvvəl bildirilib ki, Koreya Xalq Demokratik Respublikasına məxsus gəmi Sarı dənizdə iki ölkə arasında sərhəd xəttini keçib. Bundan sonra Cənubi Koreya hərbçiləri bir neçə dəfə xəbərdarlıq atəşi açıblar. Koreya Respublikası SQ qərargah rəislərinin birgə komitəsinin məlumatına görə, hadisə Cənubi Koreyanın Pennendo adası yaxınlığında baş verib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az