Gövhər Beydullayeva sloveniyalı şahmatçı ilə görüşdə qələbəni əldən verməsindən danışdı

19:11 - 24 Oktyabr 2022

Gövhər Beydullayeva sloveniyalı şahmatçı ilə görüşdə qələbəni əldən verməsindən danışdı

İtaliyanın Sardiniya adasında keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatının qalibi olmuş Gövhər Beydullayeva X turda Sloveniya təmsilçisi Zala Urhla görüşdə qələbəni əldən verməsinin səbəbini açıqlayıb.

 

Manset.az "Report"a istinadən xəbər verir ki, Şahmatçı müsahibəsində digər qarşılaşmaların nəticələrini gördükdən və heç-heçənin ona kifayət etdiyini hesabladıqldan sonra sülhə razılaşdığını bildirib.

19 yaşlı şahmatçının sözlərinə görə, həmin oyunda üstünlük onun tərəfində olsa da, qələbə çətin görünürdü: "Turnirə uğurlu start vermişdim. Oyunlarım özümün də çox xoşuma gəlirdi. Bəhs etdiyniz Urh Zala ilə görüşdə də üstün vəziyyətdə idim. Düşünürdüm ki, qalib gələcəm. Hətta həmin gün çempion olacağımı da hiss edirdim. Mənim oyunum davam edərkən əsas izləyicilərimin - qazaxıstanlı Assel Serikbay ilə bolqarıstanlı Nurgül Səlimovanın görüşündə birincinin qalib gəldiyini gördüm, hesabladım ki, bu nəticəyə əsasən, heç-heçə ilə də çempion ola bilərəm. Əlbəttə, oynasaydım, uda bilərdim. Düzdür, görüşün əvvəlində əldə etdiyim üstünlüyü sonradan reallaşdıra bilmədim. Rəqibin də əks-həmlə şansları var idi. Bütün bunları nəzərə alıb heç-heçəyə razılaşdım və çempionluğu təmin etdim".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az