AXCP fəalı aksiyaya görə saxlanılıb? - DİN

10:36 - 26 Oktyabr 2022

AXCP fəalı aksiyaya görə saxlanılıb? - DİN

AXCP fəalı Ramid Nağıyevin 24 oktyabrda aksiyada iştirak etdiyinə görə həbs edilməsinə görə iddialar əsassızdır.

 

Manset.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

O qeyd edib ki, Ramid Nağıyev aksiyada iştirakına görə yox, probasiya xidmətinin təqdimatı əsasında üzərində olan aliment öhdəliyindən yayındığı üçün məhkəmə qərarı ilə 7 gün müddətinə barəsində inzibati həbs tətbiq edilib:

"Onun saxlanılmasında siyasi motiv yoxdur".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az