Bakının mərkəzində, Akademik Milli Dram Teatrının qarşısında yerləşən yeraltı piyada keçidini su basıb.
Manset.az-ın məlumatına görə, ərazidə ticarətlə məşğul olan sahibkarlar bildirirlər ki, aidiyyatı qurumlara bununla bağlı müraciət etsələr də, heç bir nəticəsi olmayıb.
Belə ki, dəfələrlə sözügedən ərazini su basıb. Lakin cavabdeh qurumlar ərazidə bununla bağlı tədbir görməyiblər.