"Nəinki jurnalisti, heç kəsi təhqir etmək olmaz” - Aqil Abbas Çingiz Abdullayevdən DANIŞDI (VİDEO)

11:47 - 28 Oktyabr 2022

\"Nəinki jurnalisti, heç kəsi təhqir etmək olmaz” - Aqil Abbas Çingiz Abdullayevdən DANIŞDI (VİDEO)

“Müsahib ona verilən sualı cavablandırmalıdır. Ola bilər ki, sualı kobud versinlər amma səbrli davranmaq lazımdır. Nəinki jurnalisti, heç kəsi təhqir etmək olmaz”.

 

Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı, yazıçı Aqil Abbas AYB sədrinin müavini, xalq yazıçısı Çingiz Abdullayevin ona sual verən jurnalistləri təhqir etməsi faktına münasibət bildirərkən deyib:

“Çingiz müəllim səbrli olmalı idi, hətta yumorla da cavab verə bilərdi.Hətta saytlar o sualı mənə də vermişdi, mən cavablandırmışdım. Çingiz müəllim əsəbi olub deyib, amma səhv edib. Jurnalist olmasın başqa adam olsun. Heç kəsi təhqir etmək olmaz. Heç kəsə o sözü demək olmaz.Bilmirəm əsəbi vaxtına düşüb, necə olubsa deyib. Mən görüşəndə Çingiz Abdullayevlə bu barədə danışacam. Hər halda güllə çıxıb, geri qaytarmaq olmaz. İnanıram ki, Çingiz müəllim özünü toparlayandan sonra bununla bağlı nəsə deyər. O, Azərbaycanın görkəmli yazıçısıdır. Hər halda xoşagəlməz hadisədir”.

Qeyd edək ki, bir neçə gün öncə Çingiz Abdullayev qurultaya 203 min pul xərclənməsi haqda sual verən jurnalistə "sən utanıb ölmürsən?" deyib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az