8-9 noyabr qeyri-iş günləri ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA

11:36 - 31 Oktyabr 2022

8-9 noyabr qeyri-iş günləri ilə bağlı daha bir RƏSMİ AÇIQLAMA

Bildiyimiz kimi, 2022-ci il 7 noyabr iş günü ilə 5 noyabr istirahət gününün yerləri dəyişdirilib.

 

Manset.az xəbər verir ki, bununla əlaqədar təhsil müəssisələrində iş günləri aşağıdakı kimi tənzimlənir:

1. Beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş günü, 6-9 noyabr isə qeyri-iş günləri hesab edilir.

2. Altı günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il 5 noyabr iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi – noyabrın 7-si iş günü, 8-9 noyabr isə qeyri-iş günləri hesab edilir. Başqa sözlə desək, 05 və 07 noyabr iş günləridir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az