“Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq”.
Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən bildirilib.
“Həmin görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək” – DİN-in açıqlamasında qeyd olunur.
Qeyd edək ki, paylaşılan görüntülərdə bir neçə şəxsin Mərkəzin həyətində narkotik maddədən istifadə, hətta alqı-satqı etdiyi iddia edilir.