Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 424 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 96, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 190, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 35 nəfərdir.