Yoluxanların sayı AÇIQLANDI

20:30 - 30 Noyabr 2022

Yoluxanların sayı AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.

 

Manset.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 814 103 nəfər müalicə olunaraq sağalıb, 9 980 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir.

Ölkədə son sutka ərzində 1784, hazırkı dövrədək isə 7 375 442 test aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az