Meşəbərpa tədbirləri davam edir

16:48 - 01 Dekabr 2022

Meşəbərpa tədbirləri davam edir

Payız ağac əkini mövsümü ilə əlaqədar meşəbərpa tədbirləri bu gün Qəbələ, Quba, Şamaxı, Ağcabədi, Sabirabad, Lənkəran, Bərdə və Şəmkir rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Manset.az-a bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində sözügedən rayonların meşə ərazilərində ümumilikdə 16 000 ədəd müxtəlif növ ağac əkilib, 800 kiloqram palıd toxumu səpilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az