Bakıda bəzi marşrut avtobusları xətdən çıxarıldı - SƏBƏB

13:40 - 03 Dekabr 2022

Bakıda bəzi marşrut avtobusları xətdən çıxarıldı - SƏBƏB

“Xaliq Faiqoğlu” MMC xidmət göstərdiyi marşrut xətləri üzrə avtobusların əksəriyyətini xətdən çıxarıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” MMC sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, hazırda həmin avtobuslar ödəniş aparatlarında yaranmış problemlər səbəbindən xidmət göstərə bilmirlər.

Qeyd edək ki, səhər saatlarında sosial şəbəkə istifadəçiləri avtobuslara quraşdırılmış elektron ödəniş terminallarının işləmədiyinə dair paylaşımlar ediblər. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az