Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var

12:11 - 05 Dekabr 2022

Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var

Milli Hidrometeorologiya Xidmətinin dekabrın 5-i saat 12:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Quba, Şabran, Tərtər, Yardımlı rayonlarına qar yağır.

 

Xidmətdən Manset.az-a verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək, Aran rayonlarında 3°-dək isti, dağlıq rayonlarda 5-8°, yüksək dağlıq ərazilərdə 11-13° şaxta qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan soyuq, şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az