Azərbaycanda sədr vəzifəsində çalışan şəxs həbs edildi

10:46 - 06 Dekabr 2022

Azərbaycanda sədr vəzifəsində çalışan şəxs həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonunda rüşvət almada təqsirləndirilən E.Cəfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Manset.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, E.Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyun 33 ha torpaq sahəsinin icarəyə verilməsi üçün vətəndaşdaşdan 7 min manat rüşvət alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib. Daha sonra vətəndaş Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və E.Cəfərov həbs olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az