Üstünə qapı dirəyi yıxılan “Çaykur Rizəspor”un 8 yaşlı futbolçusu ağır zədə alıb. Məsələ ilə bağlı klubdan açıqlama daxil olub.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə saat 16:45 radələrində Çaykur Rizespor infrastruktur obyektlərində baş verib.
Əldə edilən məlumata görə, qapı dirəyi məşqdən əvvəl meydançada vaxt keçirən 8 yaşlı Yiğit Dəmirəlin üzərinə düşüb. Rəcəb Tayyib Ərdoğan Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılan Dəmirəl orada reanimasiya şöbəsində müalicə olunub.
Dəmirəlin səhhətinin ağır olduğu öyrənilib.