Ələkrəm Hümmətov VƏFAT ETDİ

13:25 - 22 Dekabr 2022

Ələkrəm Hümmətov VƏFAT ETDİ

Özünü qondarma Talış-Muğan Respublikasının lideri kimi təqdim edən və 2004-cü ildən Niderlandda yaşayan Ələkrəm Hümmətov dünyasını dəyişib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Niderlandda xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. Bu vəzifədə olarkən, 1993-cü ildə qondarma Talış-Muğan Respublikasını elan edib və separatçılıq fəaliyyətinə görə həbs edilib. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə gedib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az