"Rektor hardan bilsin ki, diplom verdiyi şəxs gələcəkdə kim olacaq?" - Misir Mərdanovdan Vasif Talıbovla bağlı AÇIQLAMA

17:32 - 22 Dekabr 2022

\"Rektor hardan bilsin ki, diplom verdiyi şəxs gələcəkdə kim olacaq?\" - Misir Mərdanovdan Vasif Talıbovla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Etibar Əliyev Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovla bağlı şok iddia ilə çıxış edib. E.Əliyev özünün sosial şəbəkə hesabında keçmiş sədri savadsızlıqda ittiham edərək onun saxta diplom aldığını yazıb. 

Araşdırmalar zamanı V.Talıbovun bir dəfə belə sessiyalarda iştirak etmədiyi, hətta imtahanlara qatılmadığı məlum olub. Yenisabah-ın məlumatına görə,  həmin vaxt BDU-nun rektoru sabiq təhsil naziri Misir Mərdanov olub. V.Talıbov saxta diploma M.Mərdanovun rektor işlədiyi dövrdə alıb.

Sözügedən məsələ ilə bağlı Misir Mərdanov Manset.az-a açıqlama verib. O, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun onun rector olmadığı dövrdə diplom aldığını bildirib:

“Əvvəla Vasif Talıbova diplomu şəxs vermir, institut verir. İkincisi, Vasif Talıbov bitirəndə mən universitetin rektoru olmamışam, təhsil naziri olmuşam. Üçüncüsü də, rektor hardan bilsin ki, diplom verdiyi şəxs gələcəkdə kim olacaq?" Bu məlumatı yazanlar ağıllarını başlarına yığsınlar! Onlara de, ağıllı olsunlar!”
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az