Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.
Manset.az axar.az-a istinadən xəbər verir ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.
Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib.
Qeyd edək ki, BQXK-nin məxsus avtomobillərin müşayiəti ilə Xankəndidən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14 gündür davam edir.