Goranboyda "TIR" "KamAZ"a çırpıldı

19:53 - 25 Dekabr 2022

Goranboyda \"TIR\" \"KamAZ\"a çırpıldı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "TIR" markalı yük maşını ötmə əməliyyatı edən zaman digər qoşqulu yük maşını olan "KamAZ"a çırpılıb.

Qəzadan sonra "TIR"ın yük yerində olan kömür yola dağılıb. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az