Geridə qoyduğumuz 2022-ci il bir sıra məmurların istefaları, bəzilərinin isə həbsləri ilə yadda qaldı. Ələxsus da, külli miqdarda mənimsəmə və korrupsiyada ittiham olunan xeyli sayda məmur kreslodan birbaşa dəmir barmaqlıqlar arasına yollandı.
Eyni zamanda ötən ilki həbslər müstəqillik tarixinin ən böyük mənimsəmə faktlarını da ortaya çıxardı.
Manset.az xəbər verir ki, Bizim.Media 2022-ci ildə həbs olunan məmurları araşdırıb.
1. Zakir Soltanov
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Zakir Soltanov külli miqdarda mənimsəmədə ittiham olunub və o, məhkəmə qərarı ilə 5,3 milyon manat vəsaiti zərərçəkmişə geri ödəyib.
2. Nizami Məmmədov
Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.
3. Eldar Həsənov
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib. Eldar Həsənova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı kimi ittihamlarla cinayət işi qaldırılıb. Sabiq Baş prokurorun məhkəmə işində ümumilikdə 30 milyon manatdan artıq vəsaitin tək və qrup halında məniməsənilməsi aşkar olunub.
4. Məharət Mustafayev
Gəncə şəhər Nizami Rayonu İcra Hakimiyyətinin sabiq başçısı Məharət Mustafayev barəsində rüşvət alma, rüşvət vermə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunaraq, bu ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib.
5. Rəşad Məlikzadə
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə bu ilin sentyabrında saxlanılıb. Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib. Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.Məhkəmə vəsatəti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
6. Elnur Əliyev
Mədəniyyət nazirinin I müavini Elnur Əliyev noyabrın 1-də xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatla saxlanılıb. O, xüsusilə külli miqdarda mənimsədə ittiham edilir. Barəsində istintaq tədbirləri davam etdirilir.
7. Mənsur Əsgərov
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mənsur Əsgərov noyabrın 25-də xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatla saxlanılıb. M. Əsgərov “xüsusilə külli miqdarda” mənimsəmədə ittiham olunur.Gömrük rəsmisinin mənimsədiyi vəsaitin həcminin isə 132 milyon manat olduğu bildirilir.
8. Rafael Əliyev
Noyabrın 28-də Naxçıvanda baş tutan növbəti əməliyyatla Muxtar Respublikanın maliyyə naziri Rafael Əliyev saxlanılıb. Nazir mənimədiyi vəsaitin miqdarına görə, Mənsur Əsgərovu da geridə qoyub. Xüsusi xidmət orqanları tərəfindən saxlanılan məmur 144 milyon manatlıq mənimsəmədə ittiham olunur
9. Hicran Rüstəmov
Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov saxlanılıb. “Xüsusilə külli miqdarda” mənimsəmədə ittiham olunan H. Rüstəmovun mənimsədiyi məbləğ 212 milyon manat olub.
2022-ci ildə həbs olunan MƏMURLAR – ARAŞDIRMA
17:09 - 03 Yanvar 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
27 Mart 2026 - 23:44
Anakonda Kamil Zeynallıya "hücum" etdi - VİDEO
27 Mart 2026 - 16:48
Azərbaycanda hava ilə bağlı əhaliyə MÜRACİƏT
27 Mart 2026 - 22:26
57 yaşlı bələdiyyə sədri 21 yaşlı sevgilisi ilə oteldə yaxalandı - VİDEO
28 Mart 2026 - 09:37
Bakıda yağıntılı hava nə vaxta kimi davam edəcək?
27 Mart 2026 - 12:43
Sabah yağış intensivləşəcək, qar yağacaq - PROQNOZ
27 Mart 2026 - 15:03
Azərbaycanda zəlzələ oldu
27 Mart 2026 - 14:25
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA
27 Mart 2026 - 15:18
24 yaşlı gənc 20-ci mərtəbədən yıxılıb öldü
27 Mart 2026 - 18:16
Azərbaycanda ağır QƏZA - Ölən var
27 Mart 2026 - 19:14
Ağsuda qadını qətlə yetirən şəxslər saxlanıldı
27 Mart 2026 - 14:13
Hörmüz boğazı tamamilə bağlandı
27 Mart 2026 - 15:43
Bakının bu ərazilərini su basdı - VİDEO
Xəbər xətti
- 28 Mart 2026
- 12:26 ADSEA-da Operativ Qərargah gücləndirilmiş iş rejimində - FOTOLAR
- 12:11 “Yollarda qəza riski artıb”- Sürücülərə çağırış
- 11:59 Messi DÇ-2026-da oynayacaqmı? - AÇIQLAMA
- 11:41 Aylıq normadan 4 dəfə çox yağış yağıb
- 11:25 Neftimizin bu günə olan QİYMƏTİ
- 11:06 "NATO-nun bizə kömək etməməsi böyük səhv idi"
- 10:59 Dərbənddə Azərbaycan teatrı yenidən açıldı – İlham Əliyev təbrik ünvanladı
- 10:41 Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası və Komitələri yaradılacaq - FOTOLAR
- 10:29 Yağış səbəbindən qatarlar gecikə bilər – XƏBƏRDARLIQ
- 10:22 “Euronews”da Azərbaycan Su İdman Növləri Federasiyası haqqında REPORTAJ
- 09:58 Şəkidə AĞIR QƏZA - Sərnişin öldü
- 09:37 Bakıda yağıntılı hava nə vaxta kimi davam edəcək?
- 09:25 İntensiv yağışla bağlı 33 nəfər təxliyə edilib - VİDEO
- 09:12 Millimizin stadiondakı paltardəyişmə otağını su basdı - VİDEO
- 09:03 Azərbaycan təhlükəsizlik orqanları 107 yaşında
- 08:30 Depressiyanın gözlənilməz səbəbi - Qidalanma səhvləri
- 08:00 Məşhur bitki dərinin qocalmasını dayandıra bilər
- 07:30 Bu canlıların nə ürəyi, nə də beyni var
- 01:30 103 yaşlı qadın uzun ömrün sadə sirrini açıqladı
- 00:30 "Atletiko"nun Simeone ilə bağlı QƏRARI
- 00:22 18 nəfər su basmış ərazilərdən xilas edildi - FOTO/VİDEO
- 27 Mart 2026
- 23:53 Bu yollarda diqqətli olun - Sürücülərin nəzərinə
- 23:44 Anakonda Kamil Zeynallıya "hücum" etdi - VİDEO
- 23:33 35 yaşlı taksi sürücüsü qəzada öldü - FOTO
- 23:16 "İranda hərbi əməliyyat əla davam edir" - Tramp
- 22:54 "Böyük Britaniya İrana qarşı müharibəyə qoşulmayacaq"
- 22:42 Bakıda intensiv və güclü yağış davam edir - Faktiki hava
- 22:33 "Növbəti matça daha ciddi hazırlaşacağıq" - Ayxan Abbasov
- 22:26 57 yaşlı bələdiyyə sədri 21 yaşlı sevgilisi ilə oteldə yaxalandı - VİDEO
- 21:53 "ABŞ və İsrailin Fars körfəzindəki bazaları atəşə tutuldu" - SEPAH
- 21:38 Naftalanda 2 maşın toqquşdu - Sürücülərdən biri öldü
- 21:26 ADSEA yağışla əlaqədar gücləndirilmiş iş rejimində çalışır - FOTOLAR
- 21:14 Millimiz böyükhesablı qələbə qazandı
- 20:51 Bakıda yağışın fəsadları aradan qaldırılır
- 20:37 Şəkidə yanğın BAŞLADI
- 20:28 Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak etdi
- 20:12 Evlərini su basan 9 nəfər belə xilas edildi - VİDEO
- 19:57 Yağış Sabunçu vağzalı qarşısında hərəkəti iflic etdi - VİDEO
- 19:42 İstanbulda Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçirilir - FOTOLAR
- 19:27 Putin İlham Əliyevə təşəkkür etdi
- 19:14 Ağsuda qadını qətlə yetirən şəxslər saxlanıldı
- 18:51 Biləsuvarda “Nissan” aşdı - Sürücü yaralandı
- 18:46 Millinin oyununun saatı dəyişdirildi
- 18:31 Sabunçu keçidi bağlandı - VİDEO
- 18:16 Azərbaycanda ağır QƏZA - Ölən var
- 17:59 Qubada kanalizasiya borusu tutuldu - 10-a yaxın evi su basdı
- 17:41 Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik etdi
- 17:38 Polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır - VİDEO
- 17:23 Yağış neçə gün davam edəcək?
- 17:11 Qobustanda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
- 16:57 Millimiz Portuqaliyaya uduzdu