Milli Parkın ərazisində ov edən şəxslər CƏZALANDIRILDI

15:57 - 20 Yanvar 2023

Milli Parkın ərazisində ov edən şəxslər CƏZALANDIRILDI

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ağgöl Milli Parkının əməkdaşları tərəfindən birgə keçirilən nəzarət tədbirləri zamanı Ağgöl Milli Parkının ərazisində ov edən şəxslər saxlanılıb. 

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Manset.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Zakir və Nadir Bədirovlar, Beyləqan rayon sakini Ərzullah Mirzəyev və Rusiya Federasiyası vətəndaşı Mirquseyn Babaev olduğu müəyyən edilib. 

"Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az