Salyanda evdə 32 yaşlı kişinin meyiti aşkarlandı

18:51 - 23 Yanvar 2023

Salyanda evdə 32 yaşlı kişinin meyiti aşkarlandı

Salyanın Aşağı Kürkənd kəndində 32 yaşlı kişinin meyiti aşkar edilib.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, kənd sakini, 1991-ci il təvəllüdlü Alışov Fərid Xalid oğlunu meyiti öz evində deyil, başqa bir şəxsin evində aşkarlanıb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Neftçala rayon şöbəsinə göndərilib.

F.Alışovun narkotik maddədən istifadə etdiyi güman edilir. Meyitin tapıldığı evin sakininin də saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az