Milli Məclis tarixində ən çox müzakirə olunan qanun layihələrindən biri heç şübhəsiz “Siyasi partiyalar haqqında” qanun layihəsi idi. Belə ki, layihə üç oxunuşdan keçməklə yanaşı, həm də iki dəfə ictimai müzakirəyə çıxarıldı və sonda qəbul edildi.
Qanunun qəbulundan sonra partiyalar qarşısında yeni tələblər meydana çıxdı. Xüsusilə də, partiyanın qeydiyyat proseduru zamanı tələblər əvvəlkinə nisbətdə daha da artırıldı. Tələblərin artması bir çox partiyaların rəsmi qeydiyyat üçün işlərə start verməsinə səbəb olub.
Manset.az xəbər verir ki, Bizim.Media-nın araşdırmasına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Milli İstiqlal, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Ağ, Azərbaycan Xalq, Böyük Quruluş, Demokratik İslahatlar, Milli Dirçəliş, Milli Cəbhə, Respublikaçı Alternativ partiyaları artıq qeydiyyat üçün çalışmalara başlayıb.
Lakin bəzi partiyalar var ki, onlardan hələlik səs-soraq gəlmir. Bu cür partiyaların sayı isə heç də az deyil.
Belə ki, ölkəmizdə rəsmi qeydiyyatda olan partiyaların sayı 59-a bərabədir. Üzv sayı ilə bağlı məsələdə məlumat əldə etmək isə bir qədər çətin məsələdir. Çünki əksər partiyalar bu mövzuda açıq məlumatlarını ictimaiyyətlə bölüşmürlər. Bəzilərinin isə reallıqdan uzaq rəqəmlər səsləndirməsi bu mövzuda informasiya kirliliyi yaradır.
Buna rəğmən, qanunvericiliyin əvvəlki tələblərinə görə partiyanın qeydiyyatdan keçməsi üçün min nəfər üzv sayı tələbi mövcud idi. Ona görə də, ən yaxşı ehtimalla bütün partiyaların bu tələbə cavab verdiyini təxmin etmək çətin deyil.
Amma bir neçə partiya var ki, onların fəaliyyətini davam etdirib-etdirməməsi belə qeyri-müəyyəndir. Xüsusilə də, uzun müddətdir maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməyən partiyalar bu siyahıda daha çox nəzərə çarpır.
Söhbət Azərbaycan Dirçəliş və Tərəqqi, Milli Dövlətçilik, Azərbaycan Xalq Cəbhəsi, Vahid Kommunist, Sosial Ədalət, Vətənpərvərlər, Azad Respublikaçılar, Azadlıq partiyalarından gedir.
Bu siyasi təşkilatlar artıq 3 ildən çoxdur ki maliyyə hesabatlarını MSK-ya təqdim etmirlər. Bunlarla yanaşı, rəhbəri bu il dünyasını dəyişmiş iki partiyada da hələlik səssizlik hökm sürür.
Həmin siyasi təşkilatlar, Sosial Demokrat və Milli Konqres partiyalarının liderləri Araz Əlizadə və İxtiyar Şirin ötən ilin payızında dünyalarını dəyişiblər. Adıçəkilən siyasətçilər müvafiq olaraq 6 oktyabr və 15 noyabr tarixlərində vəfat ediblər.
Sosial Demokrat Partiyasından mətbuata verilən açıqlamada qeyd edilmişdi ki, yeni sədrin seçilməsi üçün qurultay Araz Əlizadənin 40 mərasimindən sonra təşkil olunacaq. Lakin hələ də qurultaydan səs-soraq yoxdur. Milli Konqres Partiyasında da oxşar vəziyyət hökm sürür.
Məlumat üçün qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanuna görə, qeydiyyatda olan partiyalar 5 min üzv sayını toplamaq üçün 180 gün vaxt verilib. Əks təqdirdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın ləğvi barədə apellyasiya məhkəməsində iddia qaldıracaq.
Azərbaycanda bu 10 SİYASİ PARTİYA ləğv olunacaq – SİYAHI
14:48 - 24 Yanvar 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
18 Noyabr 2026 - 09:30
Ramiz Mehdiyev cəzasından narazıdır - Şikayət verdi
17 Noyabr 2026 - 23:47
Ögey qardaşı tərəfindən öldürüldüyü deyilən Gülarənin FOTOLARI
17 Noyabr 2026 - 23:33
Meyvə doğrayarkən bədbəxt hadisə - Boğazını bıçaq kəsdi
18 Noyabr 2026 - 09:14
3 uşaq atası ilə birlikdə meyiti tapılan qadın kimdir? - VİDEO
17 Noyabr 2026 - 22:49
Rusiyada qəzada ölən azərbaycanlının nəşi Vətənə gətirildi
18 Noyabr 2026 - 00:30
Şəkərsiz 6 həftə - Orqanizmdə nə dəyişir?
18 Noyabr 2026 - 20:06
Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 4 ölü var - YENİLƏNİB
17 Noyabr 2026 - 23:56
"Hörmüzdə bir gündə 3 gəmi partlayıb" - SEPAH
17 Noyabr 2026 - 22:33
Böyük Britaniya Ukraynaya 1000-dən çox raket verəcək
18 Noyabr 2026 - 01:30
Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir?
18 Noyabr 2026 - 13:59
Dövlət qulluğu imtahanlarında dəyişiklik - 2 fənn ləğv edilir
18 Noyabr 2026 - 14:44
Gülarəni öldürən 18 yaşlı qardaşının FOTOLARI
Xəbər xətti
- 18 Noyabr 2026
- 22:18 4 boksçumuz finala yüksəldi
- 21:52 “Adlarını birinci görməyəndə stres keçirirlər” - Zahid Oruca replika
- 21:33 İsrail ordusu HƏMAS-ın 2 komandirinin öldürüldüyünü bildirib
- 21:16 “Arsenal” onların müqaviləsini yeniləyir
- 20:58 Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir - FOTO
- 20:47 Bərdədə ağır QƏZA - Ölən var
- 20:21 Azərbaycan-ABŞ ikitərəfli münasibətləri müzakirə edildi - FOTO
- 20:06 Qazaxda dəhşətli qəza - 2-si uşaq olmaqla 4 ölü var - YENİLƏNİB
- 19:54 Putin Çinə “nüvə çamadanı” ilə getdi - VİDEO
- 19:34 Qızılın qiyməti ucuzlaşdı
- 19:15 General Natiq Əliyevin qızı barəsində QƏRAR
- 18:59 Dənizdə batan 20 yaşlı gəncin FOTOSU
- 18:46 123 iş üzrə intizam icraatı başlanılıb - 6 vəkil Kollegiyadan çıxarılıb
- 18:27 Özbəkistan vətəndaşı ölkəsinə təhvil verildi
- 18:16 Narkotik əməliyyatlarında həbs edilənlər var - Biri qadındır - VİDEO
- 17:58 Dənizdə batan gənc Aviasiya Akademiyasının tələbəsi imiş
- 17:50 Azərbaycanda 117 körpə vaxtından əvvəl doğuldu
- 17:46 Avropa şəhərlərinin əksəriyyəti hava çirkliliyi normalarına cavab vermir
- 17:45 Yük avtomobillərindən 10 min manatdan çox oğurluq edildi
- 17:40 Naxçıvanda 10 ceyran təbiətə buraxıldı
- 17:35 Dekabrın 4-dəki imtahan ləğv edildi - Ödənişlər qaytarılacaq
- 17:31 "Rusiya, ABŞ və Çin liderlərinin üçtərəfli görüşündə geniş mövzular müzakirə olunacaq" - Uşakov
- 17:30 Azərbaycan millisi FIFA reytinqində irəlilədi
- 17:29 Arda Gülər “Real Madrid”lə növbəti imzanı atdı
- 17:24 Si Cinpin Donald Trampı hava limanında şəxsən qarşıladı
- 17:23 Keçmiş arvadını övladının gözü qarşısında güllələyən şəxs hakim qarşısında
- 17:17 “PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı
- 17:14 2500 illik sirr açıldı
- 17:00 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün
- 16:51 Bomba xəbərdarlığı edilən rus təyyarəsi Türkiyəyə endi
- 16:48 Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
- 16:40 16 yaşlı oğlan atasının avtomobilini qaçıraraq aşırdı - FOTOLAR
- 16:32 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş - Həkimə bu cəza verildi
- 16:27 Bu qurumun direktoru 6 min manat maaş alır - Tam siyahı
- 16:20 Artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirildi
- 16:11 Azərbaycan güləşçiləri Ermənistana gedəcək
- 16:01 "Birbank" Azərbaycanın ən yaxşı özəl bankı seçildi
- 15:56 Bakıda evlərdən oğurluq edildi
- 15:48 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olundu
- 15:40 Azərbaycanda peşə təhsili alanların sayı 4 ildə 47 faiz artıb
- 15:31 “AzerGold” rəsmiləri Balakəndə yerli icma nümayəndələri ilə görüşdü - FOTOLAR
- 15:22 Arda Gülər və Kənan Yıldız məşhur mükafata namizəd oldular
- 15:10 Prezident onları təbrik etdi
- 15:00 Bakıdan sonra bu şəhərlərdə də binalar sökülə bilər - Kompensasiya MƏBLƏĞLƏRİ
- 14:44 Gülarəni öldürən 18 yaşlı qardaşının FOTOLARI
- 14:37 Həmkəndlisinin qulağını dişləyib qopardı
- 14:37 ABŞ-dən kiberhücum iddialarına CAVAB
- 14:30 Fuad Muradovun müavinlərinin sayı artdı - FƏRMAN
- 14:27 Donald Tramp APEC sammitində iştirak etmək üçün Çindədir
- 14:19 Helikopter qəzaya uğradı - 5 hərbçi yaralandı
- 14:11 Prezident təqaüdü alanların sayı açıqlandı