Bu ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

18:53 - 26 Yanvar 2023

Bu ilin ötən dövrü ərzində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Növbəti meşəbərpa tədbirləri bu gün Sabirabad, Şəki, Qəbələ, Tovuz, Şamaxı, Ağcabədi rayonlarının meşə fondu torpaqlarında aparılıb.

 

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə gün ərzində sözügedən rayonların meşə fondu torpaqlarında 6660 ədəd müxtəlif növ ağac tingi əkilib.

Manset.az xəbər verir ki, "bu ilin ötən dövrü ərzində Şəki, Qəbələ, Quba, Tovuz, Bərdə, Şamaxı, Şabran, Ağcabədi, Sabirabad, Masallı və Lənkəran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində 100 mindən çox ağac tingi əkilib, 5 tondan çox toxum səpilib".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az