Ölkəyə gətirilən yararsız kartoflar məhv edildi

18:04 - 17 Fevral 2023

Ölkəyə gətirilən yararsız kartoflar məhv edildi

Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirləri zamanı fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Ukrayna Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər - kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkar olunub.

 

AQTA-dan Manset.az-a  bildirilib ki, aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

44 ton toxumluq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az